Çempionlar Liqasının qalibi bəlli oldu
Bu gün UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici görüşdə Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları üz-üzə gəlib. Portuqaliyanın Lissabon şəhərindəki “Eştadiu da Luş” stadionunda keçirilən qarşılaşmaya saat 23:00-da start verilib.
“Bavariya” bu mövsüm Çempionlar Liqasında keçirdiyi 10 qarşılaşmanın hamısında qələbə qazanmışdı. PSJ isə 10 oyunda 8 qələbə qazanıb, 1 dəfə də məğlub olmuşdu.
Finalın taleyini bir qol həll edib. Bu oyundan da qalib ayrılan Almaniya çempionu kuboku qazanıb. Bu, “Bavariya”nın tarixində 6-cı ÇL kubokudur.
Çempionlar Liqası, final
23 avqust
Bavariya (Almaniya) – PSJ (Fransa) 1:0
Qol: Koman, 59.
Baş hakim: Daniel Orsato (İtaliya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin