Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi də məlum oldu
Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirindəki yeganə təmsilçisi “Qarabağ”ın da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibi məlum olub.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ” bu püşkatmada da səpələnmişlər səbətində yer alıb.
“Köhlən atlar” 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
1-ci təsnifat mərhələsini keçəcək 16 komandaya 2-ci mərhələdə “Kopenhagen” (Danimarka), “Dinamo” (Zaqreb, Xorvatiya), APOEL (Kipr) və “Makkabi” (Təl-Əviv, İsrail) qoşulacaq. Ümumilikdə 20 komanda 2 səbətə – səpələnmişlər və səpələnməmişlərə bölünüb.
Qeyri çempionlar – “Bazel” (İsveçrə), “Olimpiakos” (Yunanıstan), PSV (Hollandiya) və “Viktoriya” (Çexiya) isə bir-biriləri ilə rəqib olacaqlar.
1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
Astana (Qazaxıstan)/ÇFR Kluj (Rumıniya) – Makkabi (Təl-Əviv, İsrail)
BATE (Belarus)/Pyast (Polşa) – Linfild (Şimali İrlandiya)/Rusenborq (Norveç)
TNS (Uels)/İlkin mərhələnin qalibi – Kopenhagen
Ferensvaroş (Macarstan)/Ludoqorets (Bolqarıstan) – Düdelanj (Lüksemburq)/Valetta (Malta)
Dandalk (İrlandiya)/Riqa (Latviya) – Partizani (Albaniya)/Qarabağ (Azərbaycan)
Şerif (Moldova)/Saburtalo (Gürcüstan) – Dinamo (Zaqreb, Xorvatiya)
Seltik (Şotlandiya)/Sarayevo (Bosniya və Herseqovina) – Nomme Kalyu (Estoniya)/Şkendiya (Makedoniya)
Suduva (Litva)/Srvena Zvezda (Serbiya) – HİK (Finlandiya)/HB Torshavn (Farer adaları)
Slovan (Slovakiya)/Sutyeska (Monteneqro) – APOEL (Kipr)
Valyur (İslandiya)/Maribor (Sloveniya) – Ararat (Ermənistan)/AİK (İsveç)
Viktoriya (Çexiya) – Olimpiakos (Yunanıstan)
PSV (Hollandiya) – Bazel (İsveçrə)
Bizi Facebook-da izləyin