Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri məlum oldu

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayıb. Püşkdə Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Legiya” klubunun da rəqibi bəlli olub. Polşa təmsilçisi bu mərhələdə Norveç çempionu “Bodo Qlimt”lə qarşılaşacaq.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də keçiriləcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq)
Slovan (Slovakiya) – Şemrok Rovers (İrlandiya)
Malmö (İsveç) – Riqa (Latviya)
Bodo Qlimt (Norveç) – Legiya (Polşa)
Konnah (Uels) – Alaşkert (Ermənistan)
HİK (Finlandiya) – Buduçnost (Monteneqro)
ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina)
Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya)
Teuta (Albaniya) – Şerif (Moldova)
Dinamo (Tbilisi, Gürcüstan) – Neftçi (Azərbaycan)
Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan)
Ludoqorets (Bolqarıstan) – Şaxtyor (Belarus)
Ferentsvaroş (Macarıstan) – İlkin mərhələnin qalibi
Jalgiris (Vilnüs, Litva) – Linfild (Şimali İrlandiya)
Flora (Estoniya) – Hamrun Spartans (Malta)
Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button