ÇL-də “Liverpul” nağılı bitdi! – PSJ də 1/4-də!
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. İtaliyada “Atalanta”ya 1:4 hesabıyla məğlub olan “Valensiya”, bu dəfə rəqibini doğma meydanda qəbul edib. Sözügedən qarşılaşma koronavirus epidemiyası səbəbindən azarkeşsiz oynanılıb. Amma matç kifayət qədər məhsuldar alınıb. Səfərdə də qələbə qazanan İtaliya təmsilçisi 1/4 finala yüksəlib.
Digər matçda isə “Tottenhem” səfərdə “Leyptsiq”in qonağı olub. Komandalar arasındakı ilk qarşılaşmada almanlar minimal hesablı qələbə qazanmışdılar. Cavab matçında rəqibinə böyük hesabla qalib gələn “Leyptsiq” növbəti mərhələyə vəsiqə qazanıb.
Bu gün daha iki qarşılaşma keçirilib. İlk oyunda Madriddə “Atletiko”ya 0:1 hesabıyla uduzan “Liverpul”, bu dəfə rəqibini doğma meydanda qəbul edib. Əlavə vaxtda qədər gedən oyunda fantastik əzmkarlıq nümayiş etdirən “Atletiko” ÇL-in son finalçısını 1/4 finala buraxmayıb. Digər matçda isə PSJ Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Bu qarşılaşma Fransada yayılan koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə azarkeşsiz keçirilib. Sonda iki cavabsız qola sevinən Fransa çempionu adını növbəti mərhələyə yazdırıb.
Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları
10 mart
Valensiya (İspaniya) – Atalanta (İtaliya) 3:4
Qol: Qameyro, 21; 51. Torres, 67 – İliçiç, 3-pen; 43-pen; 71; 82.
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun – 1:4
Valensiya: Sillesen, Vass, Dyaxabi, Qayya, Koklen, Kondoqbiya, Soler, Torres, Parexo, Qameyro, Rodriqo.
Atalanta: Sportello, Kaldara, Palomino, Qosens, Hatebor, Cimşiti, De Roon, Froyler, Qomes, Paşaliç, İliçiç.
Leyptsiq (Almaniya) – Tottenhem (İngiltərə) 3:0
Qol: Zabitser, 10; 21. Forsberq, 87.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
İlk oyun – 1:0
Leyptsiq: Qulaçi, Klostermann, Upamekano, Myukile, Anxelinyo, Halstenberq, Laymer, Zabitser, Nkunku, Şik, Verner.
Tottenhem: Lyoris, Orye, Aldeveyreld, Dayer, Uinks, Tanqanqa, Lo Çelso, Sessenyon, Alli, Lamela, Moura.
11 mart
Liverpul (İngiltərə) – Atletiko (İspaniya) 2:3
Qol: Veynaldum, 43. Firmino, 94 – Lyorente, 97; 105+1. Morata, 120+1.
Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun – 0:1
Liverpul: Adrian, Aleksander-Arnold, Van Dayk, Qomes, Robertson, Veynaldum, Henderson, Oksleyd-Çemberlen, Firmino, Mane, Salah.
Atletiko: Oblak, Trippyer, Saviç, Felipe, Renan Lodi, Tomas, Saul, Koke, Korrea, Joao Feliks, Dieqo Kosta.
PSJ (Fransa) – Borussiya (Dortmund, Almaniya) 2:0
Qol: Neymar, 28. Bernat, 45+1.
Baş hakim: Entoni Taylor (İngiltərə)
İlk oyun – 1:2
PSJ: Navas, Kerer, Kimpembe, Markinyos, Bernat, Paredes, Queye, Di Maria, Sarabiya, Neymar, Kavani.
Borussiya: Bürki, Pişek, Hakimi, Zaqadu, Hummels, Gerreyro, Emre Can, Vitsel, Sanço, Hazard, Haland.
17 mart
00:00 Yuventus (İtaliya) – Lion (Fransa)
İlk oyun – 0:1
00:00 Mançester Siti (İngiltərə) – Real (İspaniya)
İlk oyun – 2:1
18 mart
00:00 Barselona (İspaniya) – Napoli (İtaliya)
İlk oyun – 1:1
00:00 Bavariya (Almaniya) – Çelsi (İngiltərə)
İlk oyun – 3:0
Bizi Facebook-da izləyin