Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Saat 15:00-da təşkil olunmuş ilk püşkatmanın nəticələri etibarsız hesab olunduğundan, mərasim yenidən keçirilib.
Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. Eyni qrupda oynamış, eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.
UEFA Çempionlar Liqası, 1/8 final
Zalsburq (Avstriya) – Bayern (Almaniya)
Sportinq (Portuqaliya) – Mançester Siti (İngiltərə)
Benfika (Portuqaliya) – Ayaks (Niderland)
Çelsi (İngiltərə) – Lill (Fransa)
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
İnter (İtaliya) – Liverpul (İngiltərə)
PSJ (Fransa) – Real (İspaniya)
Bizi Facebook-da izləyin