“Bavariya” və “Çelsi” də ÇL-in 1/4 finalında!
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
Komanda.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandası Almaniya “Borussiya”sı (Münhenqladbax) ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyunda “Mançester Siti” 2:0 hesablı qələbə qazanmışdı. Bu dəfə də inamlı qələbəyə sevinən mançesterlilər sürprizə imkan verməyiblər.
Günün digər matçında Madrid “Real”ı İtaliyanın “Atalanta” komandasını qəbul edib. Berqamoda keçirilən ilk oyunda ispanlar 1:0 hesablı qələbə qazanmışdılar. Elə bu oyunda da “Real” inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.
1/8 final mərhələsinin daha iki cavab oyunu bu gün keçirilib. Günün maraqla gözlənilən qarşılaşması Londonda keçirilib. İngiltərənin “Çelsi” komandası İspaniya “Atletiko”sunu qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda “Çelsi” minimal hesablı qələbə qazanmışdı. Cavab görüşündə də qalib gələn İngiltərə klubu mərhələ adlayan tərəf olub.
Günün digər matçında Almaniya “Bavariya”sı İtalya “Latsio”sunu qəbul edib. İlk oyunda rəqibini darmadağın edən Münhen təmsilçisi cavab görüşündə də qalib gəlməklə 1/4 finala yüksəlib.
Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları
16 mart
Mançester Siti (İngiltərə) – Borussiya (Münhenqladbax, Almaniya) 2:0
Qol: De Bruyne, 12. İ.Gündoğan, 18.
İlk oyun – 2:0
Real (İspaniya) – Atalanta (İtaliya) 3:1
Qol: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 – Muriel, 83.
İlk oyun – 1:0
17 mart
Bavariya (Almaniya) – Latsio (İtaliya) 2:1
Qol: Levandovski, 33-pen. Şupo-Motinq, 73 – Parolo, 82.
İlk oyun – 4:1
Çelsi (İngiltərə) – Atletiko (İspaniya) 2:0
Qol: Ziyex, 34. Emerson, 90+4.
İlk oyun – 1:0
Bizi Facebook-da izləyin