Çempionlar Liqası: 1/4 final və yarımfinal mərhələsinin cütləri bilindi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 15:00-da başlayıb. Püşkdə İngiltərənin “Mançester Siti” komandası Almaniya “Borussiya”sına rəqib olub. “Real” “Liverpul”la, “Bavariya” PSJ ilə qarşılaşacaq.
1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.
Çempionlar Liqası, 1/4 final mərhələsi
Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya)
Portu (Portuqaliya) – Çelsi (İngiltərə)
Bavariya (Almaniya) – PSJ (Fransa)
Real (İspaniya) – Liverpul (İngiltərə)
Yarımfinal mərhələsi
Bavariya (Almaniya)/PSJ (Fransa) – Mançester Siti (İngiltərə)/Borussiya (Dortmund, Almaniya)
Real (İspaniya)/Liverpul (İngiltərə) – Portu (Portuqaliya)/Çelsi (İngiltərə)
Bizi Facebook-da izləyin