“Neftçi” “Olimpiakos”a uduzsa…

Bu gün UEFA Avropa Liqasının 3-cü mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, püşkün nəticəsinə görə, Çempionlar Liqasının 2-ci mərhələsinin “Neftçi” – “Olimpiakos” (Yunanıstan) cütündən məğlub olan tərəf Avroliqanın 3-cü mərhələsində “Malmö” (İsveç) – HİK (Finlandiya) cütündən uduzan komanda ilə qarşılaşacaq.

“Olimpiakos”la ilk oyun iyulun 21-də Bakı vaxtı ilə saat 23:00-da Yunanıstanda, cavab matçı isə ayın 28-də saat 21:00-da Bakıda keçiriləcək.

Avropa Liqasında 3-cü mərhələsinin görüşləri avqustun 5-də və 12-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button