Avropa Liqasında püşk atıldı – Mahirli “Legiya” üçün “Napoli”, “Lester”…
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunacaq tədbir saat 14:00-da başlayıb.
Püşkatmada azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın da rəqibləri məlum olub. Varşava təmsilçisi C qrupunda “Napoli”, “Spartak” (Moskva) və “Lester”lə mübarizə aparacaq.
Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 16-da start veriləcək.
Avropa Liqası, qrup mərhələsi
A qrupu
Lion (Fransa)
Reyncers (Şotlandiya)
Sparta (Praqa, Çexiya)
Brondbü (Danimarka)
B qrupu
Monako (Fransa)
PSV (Niderland)
Real Sosyedad (İspaniya)
Şturm (Avstriya)
C qrupu
Napoli (İtaliya)
Lester (İngiltərə)
Spartak (Moskva, Rusiya)
Legiya (Polşa)
D qrupu
Olimpiakos (Yunanıstan)
Ayntraxt (Frankfurt, Almaniya)
Fənərbaxça (Türkiyə)
Antverpen (Belçika)
E qrupu
Latsio (İtaliya)
Lokomotiv (Moskva, Rusiya)
Marsel (Fransa)
Qalatasaray (Türkiyə)
F qrupu
Braqa (Portuqaliya)
Srvena Zvezda (Serbiya)
Ludoqorets (Bolqarıstan)
Midtyulland (Danimarka)
G qrupu
Bayer (Leverkuzen, Almaniya)
Seltik (Şotlandiya)
Betis (İspaniya)
Ferentsvaroş (Macarıstan)
H qrupu
Dinamo (Zaqreb, Xorvatiya)
Genk (Belçika)
Vest Hem (İngiltərə)
Rapid (Avstriya)
Bizi Facebook-da izləyin