Avroliqa: “Qalatasaray” və “Fənərbaxça” qrup mərhələsində!
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Şotlandiyanın “Reyncers” komandası Ermənistan təmsilçisi “Alaşkert”lə qarşılaşıb. Komandalar arasında baş tutan ilk görüşdə şotlandlar minimal hesablı qələbə qazanmışdı – 1:0. Cavab görüşü heç-heçə bitib və Şotlandiya təmsilçisi mərhələ adlayan tərəf olub.
“Fənərbaxça” (Türkiyə) səfərdə Finlandiyanın HJK komandasının qonağı olub və darmadağına imza ataq mərhələ adlayıb. Türkiyənin digər təmsilçisi “Qalatasaray” isə İstanbulda Danimarka “Randers”inin müqavimətini qırmağı bacarıb.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Çexiya “Slaviya”sını qəbul edib. Komandalar arasında Praqada baş tutan görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Səfərdə bir qol vuran azərbaycanlı hücumçu, ev oyununda dubla imza atmaqla komandasını Avroliqanın qrup mərhələsinə daşıyıb.
Avropa Liqası, pley-off mərhələsi, cavab oyunları
26 avqust
Alaşkert (Ermənistan) – Reyncers (Şotlandiya) 0:0
İlk oyun 0:1
HJK (Finlandiya) – Fənərbaxça (Türkiyə) 2:5
İlk oyun 0:1
Zarya (Ukrayna) – Rapid (Avstriya) 2:3
İlk oyun 0:3
Qalatasaray (Türkiyə) – Randers (Danimarka) 2:1
İlk oyun 1:1
Alkmaar (Niderland) – Seltik (Şotlandiya) 2:1
İlk oyun 0:2
ÇFR (Rumıniya) – Srvena Zvezda (Serbiya) 1:2
İlk oyun – 0:4
Slovan (Slovakiya) – Olimpiakos (Yunanıstan) 2:2
İlk oyun 0:3
Legiya (Polşa) – Slaviya (Praqa, Çexiya) 2:1
İlk oyun 2:2
Antverpen (Belçika) – Omoniya (Kipr) 2:0 (penaltilər 3:2)
İlk oyun 2:4
Şturm (Avstriya) – Mura (Sloveniya) 2:0
İlk oyun 3:1
Bizi Facebook-da izləyin