Avropa Liqası: 3-cü mərhələnin cütləri bilindi
Bu gün UEFA Avropa Liqasında 3-cü mərhələnin püşkü atılıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” komandası Çempionlar Liqasının 2-ci turu çərçivəsində Estoniya “Flora”sına məğlub olsa, Avroliqanın 3-cü mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) cütündə uduzan komanda ilə qarşılaşacaq.
Avropa Liqasında 3-cü mərhələnin matçları 5-12 avqustda oynanılacaq.
Avropa Liqası, 3-cü mərhələ
Çempionlar yolu
“Dinamo” (Zaqreb, Xorvatiya)/“Omoniya” (Kipr) cütünün məğlubu – “Legiya” (Polşa)/“Flora” (Estoniya) cütünün məğlubu
“Mura” (Sloveniya)/“Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu – “Ferentsvaroş”/”Jalgiris” (Litva) cütünün məğlubu
“Kayrat” (Qazaxıstan)/”Srvena Zvezda” (Serbiya) cütünün məğlubu – “Alaşkert” (Ermənistan)/”Şerif” (Moldova) cütünün məğlubu
“Linkoln” (Cəbəllütariq)/ÇFR (Rumıniya) cütünün məğlubu – “Slovan” (Slovakiya)/“Yanq Boyz” (İsveçrə) cütünün məğlubu
“Olimpiakos” (Yunanıstan)/“Neftçi” (Azərbaycan) cütünün məğlubu – “Malmö” (İsveç)/HİK (Helsinki, Finlandiya) cütünün məğlubu
Liqa yolu
“Yablonents” (Çexiya) – “Seltik” (Şotlandiya)/”Midtyulland” (Danimarka) cütünün məğlubu
“Rapid” (Avstriya)/”Sparta” (Praqa, Çexiya) cütünün məğlubu – “Anortosis” (Kipr)
PSV (Niderland)/”Qalatasaray” (Türkiyə) cütünün məğlub – “Sent-Conston” (Şotlandiya)
Bizi Facebook-da izləyin