Avroliqa: “Qalatasaray” Şotlandiya klubu ilə bacarmadı
Bu gün UEFA Avropa Liqasında 3-cü mərhələnin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” ilk oyununa avqustun 3-də çıxıb. “Ağ-qaralar” Bakıda Finlandiyanın HİK komandası ilə qollu heç-heçə edib – 2:2. Komandalar arasındakı cavab matçı avqustun 12-də keçiriləcək.
Türkiyənin “Qalatasaray” komandası doğma meydanda Şotlandiya “Sent-Conston”unu qəbul edib. Bu görüş də heç-heçə yekunlaşıb. Qazaxıstanın “Kayrat” komandası isə Ermənistan təmsilçisi “Alaşkert”lə qolsuz heç-heçə edib.
Avropa Liqası, 3-cü mərhələ, ilk oyunlar
3 avqust
Neftçi – HİK 2:2
5 avqust
Kayrat (Qazaxıstan) – Alaşkert (Ermənistan) 0:0
Yablonets (Çexiya) – Seltik (Şotlandiya) 2:4
Omoniya (Kipr) – Flora (Estoniya) 1:0
Linkoln (Cəbəllütariq) – Slovan (Bratislava, Slovakiya) 1:3
Qalatasaray (Türkiyə) – Sent-Conston (Şotlandiya) 1:1
Mura (Sloveniya) – Jalqiris (Litva) 0:0
Rapid (Avstriya) – Anortosis (Kipr) 3:0
Bizi Facebook-da izləyin