Avropa Liqası: “Qalatasaray” pley-offda!

Bu gün UEFA Avropa Liqasında 3-cü mərhələnin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Kiprdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Omoniya” Estoniyada “Flora”nın qonağı olub. Bu oyunun əsas vaxtı “Flora”nın 2:1 hesablı qələbəsiylə başa çatıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələrdə daha dəqiq olan kiprlilər pley-offa yüksəliblər.

Digər oyunda isə “Slovan” Slovakiyada Cəbəllütariqin “Linkoln” komandasını sınağa çəkib. Bratislava təmsilçisi ilk görüşdə 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə heç-heçə qeydə alınıb və Slovakiya klubu növbəti mərhələyə adlayıb.

Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” səfərdə Finlandiyanın HJK komandası ilə cavab matçına çıxıb. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan HJK pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmaq hüququ əldə edib.

Türkiyənin “Qalatasaray” klubu Şotlandiya səfərində “Sent-Conston” komandasının qonağı olub. “Sarı-qırmızı”lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.

Avropa Liqası, 3-cü mərhələ, cavab oyunları

10 avqust

Flora (Estoniya) – Omoniya (Kipr) 2:1 (penaltilər 3:5)
İlk oyun – 0:1

Slovan (Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1

12 avqust

Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0

HJK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2

Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3

Jalqiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0

Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1

Seltik (Şotlandiya) – Yablonets (Çexiya) 3:0
İlk oyun – 4:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button