“Arsenal”, “Tottenhem” və “Roma” qalib gəldi, “Milan”la MY “sülh bağladı”
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” komandası İtaliya “Milan”ını qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
İngiltərənin “Tottenhem” komandası Zaqreb “Dinamo”sunu, London “Arsenal”ı isə Yunanıstan “Olimpiakos”unu ilk oyunda məğlub etməyi bacarıb.
“Ayaks” ilk matçda “Yanq Boyz”u doğma meydanda qəbul böyük hesabla yenib. Bir neçə gün əvvəl Şotlandiya Premyer Liqasında çempionluğunu rəsmiləşdirən “Reyncers” isə Çexiyada “Slaviya”nın qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.
Avropa Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
11 mart
Mançester Yunayted (İngiltərə) – Milan (İtaliya) 1:1
Qol: Diallo, 50 – Kyaer, 90+2.
Slaviya (Praqa, Çexiya) – Reyncers (Qlazqo, Şotlandiya) 1:1
Qol: Stanku, 7 – Helander, 36.
Ayaks (Niderland) – Yanq Boyz (İsveçrə) 3:0
Qol: Klaassen, 62. Tadiç, 82. Brobbi, 90+2.
Dinamo (Kiyev, Ukrayna) – Vilyarreal (İspaniya) 0:2
Qol: Torres, 30. Albiol, 52.
Qranada (İspaniya) – Molde (Norveç) 2:0
Qol: Molina, 26. Soldado, 76.
Tottenhem (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Qol: Keyn, 25; 70.
Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə) 1:3
Qol: El Arabi, 58 – Edeqor, 34. Qabriel, 79. Elneni, 85.
Roma (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 3:0
Qol: Pelleqrini, 23. El Şaaravi, 73. Mançini, 77.
Bizi Facebook-da izləyin