“Tottenhem”lə “Milan” dayandı, “Arsenal”la “Roma” 1/4 finalda!

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyunda səfərdə Yunanıstanın “Olimpiakos” komandasını məğlub edən “Arsenal” bu dəfə rəqibini doğma meydanda qəbul edib. London klubu evdə uduzsa da, səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayan tərəf olub. İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” isə İtaliya səfərinə yollanıb. “Qırmızı şeytanlar” burada “Milan”la qarşılaşıb və minimal hesabla qalib gələrək 1/4 finala yüksəlib. Londonun daha bir klubu “Tottenhem” isə Xorvatiyada “Dinamo”nun müqavimətini qırmağa çalışıb. Lakin bu oyunda 3 cavabsız qola sevinən Zaqreb təmsilçisi gecənin ən böyük sürprizinə imza ataraq Joze Mourinyonun çalışdırdığı London klubunu mübarizədən kənarlaşdırıb.

Şotlandiya Premyer Liqasında çempionluğunu elan edən “Reyncers” Çexiya “Slaviya”sı ilə üz-üzə gəlib. Səfərdə inamlı qələbə qazanan Praqa klubu Stiven Cerrardın rəhbərlik etdiyi Şotlandiya təmsilçisini turnirdən kənarlaşdırıb.

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

18 mart

Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: El Arabi, 51.
İlk oyun – 3:1

Dinamo (Zaqreb, Xorvatiya) – Tottenhem (İngiltərə) 3:0
Qol
: Orsiç, 62; 83; 106.
İlk oyun – 0:2

Molde (Norveç) – Qranada (İspaniya) 2:1
Qol: Valyexo, 29-öz qapısına. Hestad, 90-pen – Soldado, 72.
İlk oyun – 0:2

Şaxtyor (Donetsk, Ukrayna) – Roma (İtaliya) 1:2
Qol: Moraes, 59 – Mayoral, 48; 72.
İlk oyun – 0:3

Milan (İtaliya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Poqba, 49.
İlk oyun – 1:1

Reyncers (Qlazqo, Şotlandiya) – Slaviya (Praqa, Çexiya) 0:2
Qol:
Olayinka, 14. Stanku, 74.
İlk oyun – 1:1

Yanq Boyz (İsveçrə) – Ayaks (Niderland) 0:2
Qol: Neres, 21. Tadiç, 49-pen.
İlk oyun – 0:3

Vilyarreal (İspaniya) – Dinamo (Kiyev, Ukrayna) 2:0
Qol: Moreno, 13; 36.
İlk oyun – 2:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button