Avropa Liqasında püşk atıldı: “Mançester Yunayted” və “Arsenal”ın rəqibi bilindi

Bu gün UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 16:00-da start götürüb. Püşkdə İngiltərənin “Mançester Yunayted” komandası İspaniya “Qranada”sına rəqib olub.

1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel-6 mayda olacaq.

Avropa Liqası, 1/4 final mərhələsi

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Arsenal (İngiltərə) – Slaviya (Çexiya, Praqa)
Ayaks (Niderland) – Roma (İtaliya)
Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya)

Yarımfinal mərhələsi

Qranada (İspaniya)/Mançester Yunayted (İngiltərə) – Ayaks (Niderland)/Roma (İtaliya)
Dinamo (Zaqreb, Xorvatiya)/Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə)/Slaviya (Praqa, Çexiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button