Avroliqada bütün yarımfinalçılar bəlli oldu
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma oynanılıb. Matçlar Almaniyada keçirilib və bir oyundan ibarət olub.
1/8 finalda “Xetafe”ni mübarizədən kənarlaşdıran “İnter” bu mərhələdə “Bayer”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda İtaliya klubu sevinən tərəf olub. “Mançester Yunayted” isə “Kopenhagen”i sınağa çəkib və çətinliklə qələbə qazanaraq yarımfinala yüksəlib.
1/4 finalın digər oyunları bu gün keçirilib. Ukrayna “Şaxtyor”u “Bazel”lə, “Vulverhempton” isə “Sevilya” ilə üz-üzə gəlib. “Şaxtyor” rəqibini darmadağınla keçib. “Sevilya” isə son dəqiqələrdə vurduğu yeganə qol sayəsində mərhələ adlayan tərəf olub.
Beləliklə, yarımfinalda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Bu görüş avqustun 16-da keçiriləcək. Bundan bir gün sonra isə “İnter”lə “Şaxtyor” qarşılaşacaq.
Avropa Liqası, 1/4 final mərhələsi
10 avqust
İnter (İtaliya) – Bayer (Leverkuzen, Almaniya) 1:0
Qol: B.Fernandes, 94-pen.
Mançester Yunayted (İngiltərə) – Kopenhagen (Danimarka) 2:1
Qol: Barella, 15. Lukaku, 21 – Haverts, 24.
11 avqust
Şaxtyor (Donetsk, Ukrayna) – Bazel (İsveçrə) 4:1
Qol: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.
Vulverhempton (İngiltərə) – Sevilya (İspaniya) 0:1
Qol: Okampos, 88.
Bizi Facebook-da izləyin