Avroliqada yarımfinalçılar bəlli oldu
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası Çexiya səfərində “Slaviya” ilə qarşılaşıb. Komandalar arasındakı ilk matçda Praqa təmsilçisi “topçular”la qollu bərabərə qalmışdı. Amma cavab görüşündə İngiltərə nəhəngi darmadağınla qalib gələrək sürprizə imkan verməyib.
İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” İspaniya “Qranada”sını qəbul edib. “Qırmızı şeytanlar” ilk oyunda rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarmışdı. Elə cavab matçı da Mançester klubunun qələbəsiylə yekunlaşıb.
Xorvatiya “Dinamo”su İspaniya “Vilyarreal”ının, Niderland “Ayaks”ı isə İtaliya “Roma”sının qonağı olub. İlk oyunda da qalib gələn İtaliya və İspaniya təmsilçiləri növbəti mərhələyə vəsiqə qazanıblar.
Yarımfinalda “Roma” “Mançester Yunayted”lə, “Arsenal” isə “Vilyarreal”la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.
Avropa Liqası, 1/4 final mərhələsi, cavab oyunları
15 aprel
Slaviya (Praqa, Çexiya) – Arsenal (İngiltərə) 0:4
Qol: Pepe, 18. Lakazette, 21; 77. Saka, 24.
İlk oyun – 1:1
Mançester Yunayted (İngiltərə) – Qranada (İspaniya) 2:0
Qol: Kavani, 6. Valyexo, 90-öz qapısına.
İlk oyun – 2:0
Vilyarreal (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 2:1
Qol: Alkaser, 36. Moreno, 43 – Orşiç, 74.
İlk oyun – 1:0
Roma (İtaliya) – Ayaks (Niderland) 1:1
Qol: Dzeko, 72 – Brobbi, 49.
İlk oyun – 2:1
Bizi Facebook-da izləyin