“Bu gün üçün 1 xal bizi sevindirir” – Elvin Məmmədov

“Səbail”in məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:

“Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir.

Komandada çatışmayan çox nüans var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button