“Qalatasaray” evdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Açılış matçında “Rizəspor” “Ankaragücü”nü qəbul edib. Səkkiz qolluq oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb. “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” bu turda “Kayserispor” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Konyaspor” – “Yeni Malatyaspor” matçında qalib müəyyənləşməyib. Səfərdə “Trabzonspor”la qarşılaşan son çempion “Başakşəhər” isə bu mövsüm ilk qələbəsini bayram edib.

Bazar gününə nəzərdə tutulan “Hatayspor” – “Ərzurumspor” matçı təxirə salınıb. “Antalyaspor” – “Qaziantep” və “Fatih Karagümrük” – “Kasımpaşa” oyunlarında qalib müəyyənləşməyib. Səfərdə “Göztəpə” ilə qarşılaşan “Fənərbaxça” isə turu qələbə ilə başa vurub.

“Qalatasaray” lider “Alanyaspor” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç İstanbul nəhənginin məğlubiyyəti ilə yekunlaşıb. “Gənclərbirliyi” də evdə “Dənizlispor”a uduzub.

Türkiyə Super Liqası, 5-ci tur

17 oktyabr

Rizəspor – Ankaragücü 5:3
Qol
: Fernando, 19. Boldrin, 45+1. Remi, 55; 62; 78 – Peyntsil, 6; 16. Borven, 44.

Kayserispor – Sivasspor 1:3
Qol
: Kanqa, 52 – Z.Erdal, 29. Yatabare, 61. Fajr, 83.

Konyaspor – Yeni Malatyaspor 1:1
Qol
: Kravets, 84 – Z.Yavru, 59.

Trabzonspor – Başakşəhər 0:2
Qol
: İ.Kahveci, 32. Vişça, 54.

18 oktyabr

Hatayspor – Ərzurumspor matçı təxirə salınıb

Antalyaspor – Qaziantep 1:1
Qol
: Sobiex, 45 – Kara, 47.

Fatih Karagümrük – Kasımpaşa 1:1
Qol
: Sam, 3 – Soyalp, 70

Göztəpə – Fənərbaxça 2:3
Qol
: Gilyerme, 34-pen; 63 – Sosa, 27-pen. Aziz, 43. Pelkas, 51.

19 oktyabr

Qalatasaray – Alanyaspor 1:2
Qol
: Falkao, 34-pen – Babakar, 43. Davidson, 90+6.

Gənclərbirliyi – Dənizlispor 1:2
Qol
: Kandeyas, 90+1 – Subotiç, 22. Rodalleqa, 45+1.

Bombardir: Devidson (Alanyaspor) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button