“Qalatasaray”dan əzmkar qələbə
Futbol üzrə Türkiyə Super Liqasında 2-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Adana Dəmirspor” səfərdə “Kayserispor”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Son çempion “Beşiktaş”ın rəqibi “Qaziantep” olub. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.
Bazar günü daha üç qarşılaşma baş tutub. “”Fənərbaxça” doğma meydanda “Antalyaspor” üzərində inamlı qələbəyə sevinib. İstanbulun digər təmsilçisi “Başakşəhər” isə “Konyaspor”la səfər qarşılaşmasından məğlubiyyətlə ayrılıb. “Göztəpə” də evdə “Yeni Malatyaspor”a minimal hesabla uduzub.
Fatih Terimin baş məşqçilik etdiyi “Qalatasaray” doğma meydanda “Hatayspor”un müqavimətini çətinliklə qırıb. “Trabzonspor” isə evdə “Sivasspor” üzərində qələbəyə sevinib.
Türkiyə Super Liqası, 2-ci tur
20 avqust
Kayserispor – Adana Dəmirspor 1:1
Qol: G.Sazdağı, 17 – Akintola, 63.
21 avqust
Kasımpaşa – Girəsunspor 2:0
Qol: Yorgensen, 14. U.Bozok, 90+2.
Rizəspor – Fatih Karagümrük 0:0
Qaziantep – Beşiktaş 0:0
Alanyaspor – Altay 1:4
Qol: Dyedyu, 67 – Tiam, 27. M.Rodriqes, 32. Pinares, 49. Rayan, 85.
22 avqust
Konyaspor – Başakşəhər 2:1
Qol: E.Çekici, 51. Çikalleşi, 87 – Ndayişimiye, 45+1.
Fənərbaxça – Antalyaspor 2:0
Qol: Zayç, 89. Valensiya, 90+2.
Göztəpə – Yeni Malatyaspor 0:1
Qol: Tetteh, 56.
23 avqust
Trabzonspor – Sivasspor 2:1
Qol: Bakasetas, 15-pen. Nvakaeme, 47 – Kofi, 70.
Qalatasaray – Hatayspor 2:1
Qol: Fequli, 30. Luyindama, 88 – Lobjanidze, 3.
Bombardir: Dauda Bamba (“Altay”) – 2 qol.
Bizi Facebook-da izləyin