“Qalatasaray”la “Fənərbaxça” xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qaziantep” “Kasımpaşa”nı, “Rizəspor” isə “Alanyaspor”u qəbul edib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

“Sivasspor” – “Girəsunspor” matçında qapılara qol vurulmayıb. “Antalyaspor” “Altay”ı minimal hesabla üstələyib. Ardıcıl üç oyundur ki, qələbə qazanan “Başakşəhər” bu turda “Yeni Malatyaspor”un qonağı olub və bu görüşdən də 3 xalla ayrılıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Trabzonspor” son çempion “Beşiktaş”ın qonağı olub. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər.

“Qalatasaray” “Fatih Karagümrük”lə, “Fənərbaxça” isə “Kayserispor”la qarşılaşıb. İstanbul təmsilçiləri turu xal itkisi ilə baaş vurub.

Türkiyə Super Liqası, 12-ci tur

5 noyabr

Qaziantep – Kasımpaşa 2:0
Qol
: Fiqeyredo, 37. Koker, 86.

Rizəspor – Alanyaspor 2:0
Qol
: S.Ay, 11. Djokoviç, 70.

6 noyabr

Sivasspor – Girəsunspor 0:0

Yeni Malatyaspor – Başakşəhər 1:3
Qol
: K.Kanatsızkuş, 90+2 – T.Cigerçi, 39. Vişça, 59. Okaka, 61.

Antalyaspor – Altay 1:0
Qol
: Mukayru, 49.

Beşiktaş – Trabzonspor 1:2
Qol
: Larin, 62 – A.Ömür, 45+4. Kornelius, 90+6.

7 noyabr

Göztəpə – Konyaspor 0:2
Qol
: Çikalleşi, 25; 72.

Fatih Karagümrük – Qalatasaray 1:1
Qol
: Bertolaççi, 69 – M.Məhəmməd, 88.

Adana Dəmirspor – Hatayspor 1:0
Qol
: Y.Akgün, 64.

Fənərbaxça – Kayserispor 2:2
Qol
: Zayç, 85. M.Özil, 90+9-pen – Kolovetsios, 39. Qavranoviç, 61.

Bombardir: Anastasios Bakasetas (Trabzonspor) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button