“Başakşəhər”ə 1 qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 36-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” səfərdə “Kayserispor”un qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Rizəspor” “Konyaspor”u qəbul edib. Səkkiz qolluq bu görüşdə meydan sahibləri qələbəni bayram ediblər. “Fatih Karagümrük” “Göztəpə” ilə ev oyunundan heç-heçə ilə ayrılıb. Lider “Beşiktaş” isə çətin “Sivasspor” səfərindən 1 xalla dönüb.

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Qalatasaray” bu turda “Trabzonspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan 1 xalla ayrılıb.

Son oyun günündə “Başakşəhər” “Kasımpaşa”nın qonağı olub və minimal hesabla qalib gəlib. “Alanyaspor” isə “Qaziantep”in müqavimətini çətinliklə qırıb.

Türkiyə Super Liqası, 36-cı tur

20 aprel

Kayserispor – Gənclərbirliyi 2:2
Qol
: P.Enrike, 39. İ.Parlak, 80 – Piris, 46. Stanku, 50.

Rizəspor – Konyaspor 5:3
Qol
: Cokoviç, 21. Mixalak, 27. Remi, 68. Samudio, 74. A.Demirbağ, 82-öz qapısına – Gilyerme, 6. Çikalleşi, 12. Kravets, 86..

Fatih Karagümrük – Göztəpə 1:1
Qol
: M.Edrinc, 32 – B.Emir, 84.

Sivasspor – Beşiktaş 0:0

Hatayspor – Antalyaspor 3:2
Qol
: Bupendza, 19; 68. Diuf, 55-pen – Amilton, 46. Fredi, 86.

21 aprel

Ankaragücü – Dənizlispor 1:1
Qol
: Kitsiu, 35 – Rodalleqa, 6.

Ərzurumspor – Yeni Malatyaspor 1:0
Qol
: Obertan, 90+5.

Qalatasaray – Trabzonspor 1:1
Qol
: E.Akbaba, 90+5 – Edqar, 76.

22 aprel

Alanyaspor – Qaziantep 3:2
Qol
: M.Pektemek, 18; 53. Kaulker, 45+1 – M.Demir, 6; 41.

Kasımpaşa – Başakşəhər 0:1
Qol
: Şadli, 36.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button