“Sivasspor” səfərdən məğlub qayıtdı

Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

26-cı turun ilk oyun günündə iki qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Ankaragücü” “Rizəspor”u, “Kasımpaşa” isə “Göztəpə”ni qəbul edib. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü üç qarşılaşma baş tutub. “Dənizlispor” “Gənclərbirliyi”ni, “Alanyaspor” isə “Qaziantep”i minimal hesabla məğlub yola salıb. Səfərdə “Konyaspor”la qarşılaşan “Fənərbaxça” da turu minimal hesabla məğlub başa vurub.

Lider “Trabzonspor” bu turda doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Qalatasaray” “Beşiktaş”ı sınağa çəkib. Bu oyunda isə qapılara qol vurulmayıb.

Turun qapanış oyunu liderlər qrupunda qərarlaşmış “Sivasspor”la “Antalyaspor” arasında baş tutub. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gələrək Sivas təmsilçisini vacib xallardan məhrum edib.

Türkiyə Super Liqası, 26-cı tur

13 mart

Kasımpaşa – Göztəpə 2:0
Qol
: Koita, 2; 90+2.

Ankaragücü – Rizəspor 2:1
Qol
: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.

14 mart

Dənizlispor – Gənclərbirliyi 1:0
Qol
: Rodalleqa, 54.

Alanyaspor – Qaziantep 1:0
Qol
: Koker, 42.

Konyaspor – Fənərbaxça 1:0
Qol
: Bayiç, 41.

15 mart

Kayserispor – Yeni Malatyaspor 2:1
Qol
: Mesanoviç, 22. P.Enrike, 42 – Kyartansson, 70.

Trabzonspor – Başakşəhər 1:1
Qol
: Şkrtel, 63-öz qapısına – D.Ba, 56.

Qalatasaray – Beşiktaş 0:0

16 mart

Antalyaspor – Sivasspor 1:0
Qol
: V.Sarı, 81.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button