“Beşiktaş” qələbəni əldən verdi

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Altay” doğma meydanda “Rizəspor”la qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Başakşəhər” bu turda “Qaziantep”i qəbul edib və inamlı qələbəyə sevinib. “Fənərbaxça” isə səfərdə “Girəsunspor”a qalib gəlib.

Mövsümün uğursuz komandalarından olan “Qalatasaray”ın bu turdakı rəqibi “Kayserispor” olub. “Sarı-qırmızılar” bu oyundan da xal itkisi ilə ayrılıblar.

Bazar günü daha dörd görüş baş tutub. Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Sivasspor” “Yeni Malatyaspor”u, “Antalyaspor” isə “Fatih Karagümrük”ü məğlub yola salıb. Lider “Trabzonspor” da “Konyaspor”la qarşılaşıb. Trabzon təmsilçisi doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.

Sonuncu oyun günündə iki görüş baş tutub. Üç qolun qeydə alındığı “Hatayspor” – “Göztəpə” matçında meydan sahibləri qələbə qazanıb. “Beşiktaş” isə “Adana Dəmirspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda qələbəni son anda əldən verib.

Türkiyə Super Liqası, 25-ci tur

11 fevral

Altay – Rizəspor 0:0

12 fevral

Başakşəhər – Qaziantep 2:0
Qol
: Pizzi, 34. S.Gürler, 87.

Girəsunspor – Fənərbaxça 1:2
Qol
: Çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53.

Qalatasaray – Kayserispor 1:1
Qol
: M.Məhəmməd, 85 – M.Kardozo, 70.

13 fevral

Sivasspor – Yeni Malatyaspor 2:1
Qol
: Kayode, 52. Fajr, 70 – K.Özer, 31.

Antalyaspor – Fatih Karagümrük 3:0
Qol
: Fernando, 17. Kudryaşov, 30. A.Mehmedi, 85.

Kasımpaşa – Alanyaspor 2:2
Qol
: Fall, 65. Muleka, 68 – Eduardo, 42. E.Bekiroğlu, 74.

Trabzonspor – Konyaspor 2:1
Qol
: Vişça, 13; 67 – Çikalleşi, 83.

14 fevral

Adana Dəmirspor – Beşiktaş 1:1
Qol
: S.Akaydın, 90+2 – A.Teyşeyra, 31.

Hatayspor – Göztəpə 2:1
Qol
: Diuf, 36. El Kaabi, 45 – H.Akbunar, 59.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button