“Başakşəhər” liderliyini inamlı qələbə ilə qorudu

Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Alanyaspor”la qarşılaşıb. İstanbul klubu səfərdə əzmkar qələbəyə sevinib.

Son turda doğma azarkeşləri qarşısında “Qalatasaray”a məğlub olan “Fənərbaxça” bu dəfə çətin “Antalyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda da xal itirib. “Konyaspor” – “Kasımpaşa” matçlarında qapılara qol vurulmayıb. “Trabzonspor” isə “Rizəspor”la qarşılaşmada darmadağına imza atıb.

“Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib və darmadağınla qalib gəlib. Lider “Başakşəhər” isə “Qaziantep”i sınağa çəkib. Bu oyundan inamlı qələbə ilə ayrılan İstanbul təmsilçisi liderliyini qoruyub.

Türkiyə Super Liqası, 24-cü tur

28 fevral

Alanyaspor – Beşiktaş 1:2
Qol
: J.Fernandes, 37 – B.Yılmaz, 70; 86-pen.

29 fevral

Konyaspor – Kasımpaşa 0:0

Trabzonspor – Rizəspor 5:2
Qol
: Da Kosta, 65. Ekuban, 71. Sosa, 77-pen. Nvakaeme, 86. Ndiaye, 90+7 – Melnyak, 36. Şkoda, 90+5-pen.

Antalyaspor – Fənərbaxça 2:2
Qol
: Amilton, 52. H.Özmert, 57 – Muriqi, 35. Zayç, 90+7.

1 mart

Dənizlispor – Yeni Malatyaspor 2:0
Qol
: M.Yumlu, 34. Barrou, 75.

Ankaragücü – Sivasspor 0:3
Qol
: H.Arslan, 69. M.Yandaş, 74. Yatabare, 90+1.

Qalatasaray – Gənclərbirliyi 3:0
Qol
: Donk, 3. Falkao, 33; 69.

2 mart

Başakşəhər – Qaziantep 3:1
Qol
: Klişi, 51. İ.Kahveçi, 63. D.Ba, 76 – K.Özer, 72.

Kayserispor – Göztəpə 1:0
Qol
: Mesanoviç, 70.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button