“Trabzonspor”dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Turun açılış matçında “Hatayspor” doğma meydanda “Antalyaspor”u qəbul edib və qalib gəlib.

Son turlarda uğurlu çıxış edən “Başakşəhər”in bu turdakı rəqibi “Sivasspor” olib. İstanbul təmsilçisi bu oyundan da qalib ayrılıb. İstanbulun digər təmsilçisi “Beşiktaş” isə “Alanyaspor”la səfər oyunundan məğlub ayrılıb. “Giresunspor” da “Yeni Malatyaspor”u məğlub yola salıb.

Bazar günü daha dörd görüş baş tutub. “Kasımpaşa” evdə “Fatih Karagümrük”ə, “Konyaspor” isə “Rizəspor”a uduzub. “Altay” doğma meydanda “Adana Dəmirspor” üzərində darmadağına sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Qalatasaray” burada əzəli rəqibi “Fənərbaxça” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Trabzonspor” doğma meydanda “Qaziantep”ə böyük hesabla qalib gəlib. “Kayserispor”un “Göztəpə” ilə oyunu isə heç-heçə başa çatıb.

Türkiyə Super Liqası, 13-cü tur

20 noyabr

Hatayspor – Antalyaspor 3:1
Qol
: El Kaabi, 45+1. Ribeyro, 69. Diuf, 85-pen – Mukayru, 45+3.

Girəsunspor – Yeni Malatyaspor 1:0
Qol
: Diabate, 70.

Başakşəhər – Sivasspor 2:1
Qol
: Qulbrandsen, 17. M.Tekdemir, 24 – P.Enrike, 59.

Alanyaspor – Beşiktaş 2:0
Qol
: Babakar, 14. Dyedyu, 90+4.

21 noyabr

Kasımpaşa – Fatih Karagümrük 1:3
Qol
: Y.Ərdoğan, 32 – Breçka, 1-öz qapısına. Karamo, 20. Peşiç, 27.

Konyaspor – Rizəspor 1:3
Qol
: Rayan, 48 – Y.Akgün, 19. Assombalonqa, 55. Akintola, 60.

Altay – Adana Dəmirspor 3:0
Qol
: Bitiqi, 1. Mpoku, 63. Mixalak, 90+4.

Qalatasaray – Fənərbaxça 1:2
Qol
: K.Aktürkoğlu, 16 – M.Özil, 31. Krespo, 90+4.

22 noyabr

Trabzonspor – Qaziantep 3:0
Qol
: A.Ömür, 19. Djanini, 42. Kornelius, 45.

Kayserispor – Göztəpə 1:1
Qol
: İ.Parlak, 32 – Arslanaqiç, 85.

Bombardir: Anastasios Bakasetas (Trabzonspor) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button