“Başakşəhər” Türkiyə çempionu oldu

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında 8 oyundur ki, qələbəyə həsrət olan “Qalatasaray” İzmirin “Göztəpə” klubunu qəbul edib. İstanbul təmsilçisi nəhayət ki, bu oyunda uğursuz gedişata son qoyub. “Kasımpaşa” isə “Qaziantep”in qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Lider “Başakşəhər” bu turda “Kayserispor”u qəbul edib. Meydan sahibləri bu görüşdə qələbə qazanmaqla sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Turun mərkəzi görüşü isə İstanbulda keçirilib. Burda Avropa Liqasına vəsiqə üçün mübarizə aparan “Beşiktaş” və “Fənərbaxça” klubları üz-üzə gəlib. Mövsümün son derbisində gülən tərəf “qara qartallar” olub. “Sivasspor” da “Gənclərbirliyi”ni məğlub yola salıb və 4-cü pillədəki mövqeyini qoruyub. “Trabzonspor” son dəqiqələrdə buraxdığı ardıcıl 3 qol nəticəsində “Konyaspor”a uduzub.

Türkiyə Super Liqası, 33-cü tur

18 iyul

Qalatasaray – Göztəpə 3:1
Qol
: Saraççi, 60. E.Akbaba, 81. Y.Akgün, 90+6 – Napoleoni, 77.

Qaziantep – Konyaspor 2:2
Qol
: M.Demir, 6. Maksim, 78 – Thiam, 13; 37.

19 iyul

Alanyaspor – Dənizlispor 1:0
Qol
: O.Bulut, 90+5.

Ankaragücü – Antalyaspor 0:1
Qol
: Yahoviç, 90+2.

Başakşəhər – Kayserispor 1:0
Qol
: M.Tekdemir, 19.

Beşiktaş – Fənərbaxça 2:0
Qol
: Vida, 63. G.Gönül, 70.

Rizəspor – Yeni Malatyaspor 3:0
Qol
: Şkoda, 29; 35-pen. Boldrin, 31.

Sivasspor – Gənclərbirliyi 2:0
Qol
: Kone, 29-pen. Yatabare, 66.

Trabzonspor – Konyaspor 3:4
Qol
: Sorlot, 12; 56. Novak, 61 – Bayiç, 42. Şengeliya, 81. Şkubiç, 88. Turam, 90+2.

Bombardir: Papis Sisse (Alanyaspor) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button