Derbidə qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Kayserispor” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağına seviniblər. “Qalatasaray” bu turda doğma meydanda “Rizəspor”u sınağa çəkib. İstanbul təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Yeni Malatyaspor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Gənclərbirliyi” doğma meydanda “Kasımpaşa” üzərində qələbəyə sevinib.

Səkkiz qolluq “Göztəpə” – “Sivasspor” görüşündə qonaqlar qələbə qazanan tərəf olub. “Trabzonspor” isə “Ankaragücü”nü darmadağınla yola salıb.

“Antalyaspor” “Ərzurumspor”la ev oyununda inamlı qələbəyə sevinibsə, “Alanyaspor” səfərdə “Konyaspor”a uduzub.

Son çempion “Başakşəhər” “Dənizlispor” səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb. Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Beşiktaş” əzəli rəqiblərindən olan “Fənərbaxça”nı qəbul edib. Derbidə qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası, 31-ci tur

19 mart

Fatih Karagümrük – Kayserispor 3:0
Qol
: C.Durmaz, 33. Kastro, 58. Sobiex, 86.

Qalatasaray – Rizəspor 3:4
Qol
: Yedlin, 14. E.Akbaba, 31. Y.Meriah, 74-öz qapısına – Samu, 2. Boldrin, 41; 90+2. Şkoda, 54-pen.

20 mart

Gənclərbirliyi – Kasımpaşa 2:1
Qol
: S.Yılmaz, 60; 76 – Y.Erdoğan, 66.

Göztəpə – Sivasspor 3:5
Qol
: Ndiaye, 60. Titi, 66. Diabate, 90+1 – Yatabare, 23; 55. Fajr, 38. Boyd, 41; 45+1.

Yeni Malatyaspor – Qaziantep 2:2
Qol
: G.Güvenc, 37-öz qapısına. A.Büyük, 80-pen – M.Demir, 13. K.Özer, 70-pen.

Trabzonspor – Ankaragücü 4:1
Qol
: Ekuban, 8; 28. Djanini, 30. Edqar, 90+4 – İ.Akdağ, 26-pen.

21 mart

Antalyaspor – Ərzurumspor 3:1
Qol
: Fredi, 54. Bayrakdar, 66. Balçı, 70 – Şaheşuhe, 39.

Konyaspor – Alanyaspor 1:0
Qol
: Çikalleşi, 13.

Dənizlispor – Başakşəhər 0:0

Beşiktaş – Fənərbaxça 1:1
Qol
: Vida, 48 – O.Tufan, 89.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button