“Qalatasaray”dan darmadağın
Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Yeni Malatyaspor” autsayder “Ankaragücü”nu qəbul edib. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.
Baş məşqçi postuna Sərgən Yalçını gətirən və onun rəhbərliyi altında ilk matçında qələbə qazanan “Beşiktaş”, bu dəfə “Qaziantep”i sınağa çəkib və darmadağına sevinib. “Fənərbaxça” isə “Alanyaspor”la görüşdən xal itkisi ilə ayrılıb.
Lider “Sivasspor” doğma azarkeşləri qarşısında ən yaxın izləyicisi “Başakşəhər”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. “Qalatasaray” isə “Kasımpaşa” ilə qarşılaşıb. İstanbul təmsilçisi səfərdə darmadağına sevinib.
Türkiyə Super Liqası, 21-ci tur
7 fevral
Yeni Malatyaspor – Ankaragücü 0:1
Qol: Orgill, 66.
8 fevral
Konyaspor – Dənizlispor 0:0
Beşiktaş – Qaziantep 3:0
Qol: B.Yılmaz, 52-pen. Boatenq, 70. Lens, 90+4.
Gənclərbirliyi – Trabzonspor 0:2
Qol: Sosa, 79-pen. Nvakaeme, 83.
Fənərbaxça – Alanyaspor 1:1
Qol: Kruse, 52-pen – Sisse, 29-pen.
9 fevral
Kayserispor – Antalyaspor 2:2
Qol: Mensah, 41-pen. P.Enrike, 46 – S.Gümüş, 45+1-pen. Fredi, 83.
Sivasspor – Başakşəhər 1:1
Qol: Yatabare, 80 – D.Ba, 66.
Kasımpaşa – Qalatasaray 0:3
Qol: Meriah, 7-öz qapısına. A.Büyük, 22-pen; 41.
10 fevral
21:00 Göztəpə – Rizəspor matçı təxirə salınıb
Bombardir: Aleksandr Sörlot (Trabzonspor), Papiss Sisse (Alanyaspor) – 16 qol.
Bizi Facebook-da izləyin