“Beşiktaş” səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında “Kasımpaşa” doğma meydanda “Altay” üzərində inamlı qələbəyə sevinib. “Girəsunspor” evdə “Hatayspor”la oyundan məğlubiyyətlə ayrılıb. “Qalatasaray” isə “Antalyaspor”la üz-üzə gəlib və uzun fasilədən sonra qələbə sevinci yaşayıb.

Turun mərkəzi görüşündə lider “Trabzonspor” çempionatda son 10 oyundur məğlub olmayan “Başakşəhər”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Fənərbaxça” bu turda doğma meydanda “Yeni Malatyaspor”u sınağa çəkib və inamlı qələbəyə sevinib.

“Beşiktaş” isə “Konyaspor” səfərinə yollanıb və minimal hesabla uduzub.

Türkiyə Super Liqası, 19-cu tur

25 dekabr

Kasımpaşa – Altay 2:0
Qol
: Donk, 34. U.Bozok, 88.

Girəsunspor – Hatayspor 0:1
Qol
: Əl Kaabi, 81.

Qalatasaray – Antalyaspor 2:0
Qol
: Fequli, 45+1. K.Aktürkoğlu, 52.

Trabzonspor – Başakşəhər 0:0

26 dekabr

Rizəspor – Qaziantep 0:1
Qol
: Maksim, 44-pen.

Alanyaspor – Fatih Karagümrük 1:1
Qol
: E.Bekiroğlu, 54 – Peşiç, 70.

Göztəpə – Adana Dəmirspor 1:1
Qol
: Rassul, 78-öz qapısına – Balotelli, 16.

Fənərbaxça – Yeni Malatyaspor 2:0
Qol
: Novak, 10. Pelkas, 73.

27 dekabr

Kayserispor – Sivasspor 3:0
Qol
: Qavranoviç, 9; 17. Tiam, 23.

Konyaspor – Beşiktaş 1:0
Qol
: Koka, 90.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button