“Bakıda “Arsenal”la möhtəşəm London derbisi oynayacağıq”
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Ayntraxt”la 1:1 hesablı bərabərliyə razılaşaraq, rəqibi penaltilər seriyasında mübarizədən kənarlaşdıran “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, penaltilər seriyasında iki qurtarış edən ispan qapıçı, bunları deyib:
“Penaltilərdə şans vacibdir. Liqa kubokunda məğlub olmuşduq, amma bu gün qalib gəldik. Futbol belə bir oyundur. Çox yaxşı komandaya qarşı mübarizə apardıq və artıq final matçında olduğumuz üçün xoşbəxtik. Hər oyundan əvvəl penaltilərə hazırlaşıram. Bu gün şanslı idim.
Çox çətin bir mövsüm keçirdik, iki final matçı oynadıq və Çempionlar Liqasına qatılmaq haqqı qazandıq. Məncə, bizim üçün yaxşı bir mövsüm oldu. Artıq Bakıda “Arsenal”la möhtəşəm London derbisi oynayacağıq”.
Bizi Facebook-da izləyin