Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi yarımfinalda
Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.
Komanda.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
57 kq-da yarışan Nurəddin Novruzov 1/8 finalda İtaliya idmançısı Simyone Piroddu üzərində inamlı qələbə qazanıb. 1/4 finalda Monqolustan güləşçisi Daşstseren Purveeni də vaxtından əvvəl məyus edən Norvuzov adını yarımfinala yazdırıb.
65 kq-da Zirəddin Bayramov 1/8 fiknalda tacikistanlı güləşçi Mustafa Əhmədovu üstələyib. Bayramov 1/4 finalda gürcü rəqibi Giorgi Tçoladze ilə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib.
70 kq-da Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan İvan Stoyanova tam üstünlüklə qalib gəlib. 1/4 finalda İsveç idmançısı Kevin Makotaya da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb.
79 kq-da Əşrəf Aşırov dünya çempionatına təsnifat mərhələsində Latviya təmsilçisi Osman Dzasezevs üzərində inamlı qələbəylə start verib. Aşırov 1/8 finalda Monqolustan güləşçisi Munxdavaa Bayarmunxunu da məğlub edib. 1/4 finalda Qırğızıstan idmançısı Məhəmməd Abdullayevdən də güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb.
Nurəddin Novruzov yarımfinalda Rusiya təmsilçisi Ramazan Baqavudinovla, Zirəddin Bayramov amerikalı Reynald Bartletlə, Əşrəf Aşırov qazaxıstanlı Maxambet Nurjaubayevlə, Cəbrayıl Hacıyev isə Rusiyadan olan Stanislav Svinoboyevlə qarşılaşacaq.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bizi Facebook-da izləyin