Bu gün “qızıl top”un sahibi məlum olacaq

Bu gün 2023-cü ilin “qızıl top” mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, tədbir Parisdəki Katelet teatrında baş tutacaq.

Lionel Messi, Erlinq Haland və Kilian Mbappe 2023-cü ildə “qızıl top” uğrunda mübarizənin favoritləri hesab olunur. Onlardan başqa, siyahıya 30 futbolçu daxildir.

Bundan əvvəl mətbuatda Messinin “qızıl top”u qazanacağı barədə məlumatlar yayılmışdı.

“İnter Mayami”nin hücumçusu ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 53 matçda iştirak edib, 32 qol vurub və 25 məhsuldar ötürmə edib. Mövsümün əvvəlində Messi PSJ-də çıxış edirdi. Bundan əlavə, 36 yaşlı futbolçu Argentina millisinin heyətində dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button