Bu gün Neymarı axtaracağıq – Tuxel

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Yunayted”in qonağı olacaq PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, rəqibin futbolçuları Pol Poqba və Antoni Marsial haqqında danışıb:

“Pol Poqba çox istedadlı və qabiliyyətli futbolçudur. O, “Mançester Yunayted”in açar futbolçusudur. Topu özündə çox yaxşı saxlayır, təkbətək mübarizələrdə çox güclüdür. Oyunda fərq yarada biləcək futbolçudur. Son zamanlar “Mançester Yunayted”in lideri kimi oynamağa və davranmağa başlayıb.

Poqbayla Marsial bir-birini çox yaxşı başa düşürlər. Poqba gözlənilməz bir ötürmə ilə Marsialı irəli çıxara bilir”.

Edinson Kavani və Neymarın yoxluğu haqqında danışan alman mütəxəssis, bunları deyib:

“Kilian Mbappe bu boşluğu doldura bilməz. Neymar kimi futbolçular oynamadıqda, onları əvəz edə bilməzsiz. Bu gün “Mançester Yunayted” Poqba, ya da Reşfordun boşluğunu doldura bilməz. Biz də bu gün Neymarı axtaracağıq”.

“Mançester Yunayted” – PSJ oyunu bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button