“Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm”
Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba xeyriyyəçiliyin şəxsi həyatı üçün nə qədər əhəmiyyətli olduğundan danışıb.
Komanda.az “Soccerbible” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi, mümkün qədər başqalarına kömək etmək istədiyini bildirib:
“Xəstə bir uşaq gördükdə, ona bir mesaj göndərərək, kömək etməyə çalışırsınız. Bu, kiçik bir şeydir, eyni zamanda bir uşağın həyatını yaxşılığa doğru dəyişdirə bilər.
Belə məqamda təsirli olmaq imkanım var. Buna görə də, mən bunu xeyir üçün istifadə etməliyəm. Mümkün olduqca insanlara kömək etməliyik, çünki zaman keçir. Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin