“Mən çox xoşbəxtəm” – Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionatının 15-ci turunun matçında “Luton” üzərində qazanılan qələbəni (4:3) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək dəyərləndirib:
“Mən çox xoşbəxtəm. Burada böyük “döyüş” olacağını bilirdik. “Arsenal” qol buraxmaqla işini çətinləşdirdi. Komandanın ruhu, mübarizə tərzimiz lazımi məqamlarda ən yaxşı keyfiyyətlərimizi ortaya qoydu və təslim olmadı. Biz bunu göstərdik və bu gün mükafat aldıq.
Bəzən rəqibə qiymət verməlisən. “Luton” üçün böyük bir iltifat, çətin matç idi. Komandamdan çox razıyam. Bu gün mən həqiqətən xoşbəxt bir məşqçiyəm”.
Premyer Liqada turnir cədvəlinə 36 xalla “Arsenal” başçılıq edir. “Luton” 17-ci yerdədir (9 xal).
Bizi Facebook-da izləyin