Bu gün məhkəmə qarşısına çıxacaq – Poqbanın qardaşı
“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Matias Poqba, həmçinin zorakılıqda şübhəli bilinən digər dörd şəxs sentyabrın 17-də məhkəmə qarşısına çıxarılacaq.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, prokuror şübhəlilərə qarşı ittiham irəli sürüb.
Sentyabrın 14-də Matias Poqba Fransa polisi tərəfindən saxlanılaraq, nəzarətə götürülüb.
Əvvəllər Pol Poqba mütəşəkkil bir dəstə tərəfindən şantaj və təhdid edildiyini iddia edib. O, Mərkəzi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqlərinə bildirib ki, onu pulemyotlarla hədələyənlər uşaqlıq dostları tərəfindən tutulub. Cinayətkarlar futbolçunun onlara maddi yardımı dayandırdığı üçün 13 milyon avro tələb ediblər. Dəstə Poqbanı 13 il gizli şəkildə qoruduğunu iddia edib. Pol Poqba cinayətkar dəstənin içindən qardaşı Matiası tanıyıb.
Matias Poqba da futbolçu karyerasına sahibdir. O, daha əvvəl İspaniyada “Rasinq Mursiya”, “Lorka”, İtaliyada “Peskara”, İngiltərədə “Kryu”, “Rekshem”, “Krouli”, Fransada “Tur” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin