“Bu gün Leao üçün mövsümün ən yaxşı oyunu idi” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 26-cı turunda “Atalanta” ilə oyunda (1:1) komandanın hücumçusu Rafael Leaonun çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçu haqda bunları deyib:

“Bu qolu mütləq sensasiya adlandırmaq olar. Leao yaxşı çıxış etdi, hamı bunu hiss etdi. Onda belə böyük futbolçu olmaq üçün hər şey var. Hər şey onun mentalitetindən, inancından irəli gəlir. Bu gün Leao üçün mövsümün ən yaxşı oyunu idi”.

25 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

İtaliya A Seriyasında keçirilən 26 matçdan sonra “Milan” 53 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button