“İnter”lə “Atalanta” qələbə ilə döndü

Koronavirus pandemiyasına görə martdan dayandırılan İtaliya A Seriyası nəhayət ki, bərpa olunub.

Komanda.az xəbər verir ki, əvvəlcə 25-ci turda təxirə salınmış oyunlar keçirilib. A Seriyasının bərpa matçında “Torino” “Parma”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Verona” isə “Kalyari” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

Digər matçlarda “Atalanta” “Sassuolo”nu, “İnter” isə “Sampdoriya”nı sınağa çəkib. Hər iki oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

İtaliya A Seriyası, 25-ci tur

20 iyun

Torino – Parma 1:1
Qol
: Nkulu, 15 – Kuçka, 31.

Verona – Kalyari 2:1
Qol
: Di Karmine, 14; 26 – Simeone, 43.

21 iyun

Atalanta – Sassuolo 4:1
Qol
: Djimsiti, 16. Sapata, 31; 66. Burabia, 37-öz qapısına – Burabia, 90+2.

İnter – Sampdoriya 2:1
Qol
: Lukaku, 10. Martines, 33 – Torsbi, 53.

Bombardir: Çiro İmmobile (Latsio) – 27 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button