Bu gün Konfrans Liqasında yarımfinalçılar məlum olacaq

Bu gün UEFA Konfrans Liqasında yarımfinalçılar məlum olacaq.

Komanda.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Fiorentina” doğma meydanda “Çelye”, “Çelsi” isə “Legiya” ilə qarşılaşacaq.

“Betis” Polşada “Yagelloniya”nın, “Yurqorden” isə “Rapid”in qonağı olacaq.

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

17 aprel

23:00. Fiorentina (İtaliya) – Çelye (Sloveniya)
İlk oyun – 2:1

23:00. Yagelloniya (Polşa) – Betis (İspaniya)
İlk oyun – 0:2

23:00. Çelsi (İngiltərə) – Legiya (Polşa)
İlk oyun – 3:0

23:00. Rapid (Avstriya) – Yurqorden (İsveç)
İlk oyun – 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button