Konfrans Liqası: “Roma” Türkiyə klubu ilə qarşılaşa bilər

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İngiltərənin “Tottenhem” komandası bu mərhələdə “Pasuş de Ferreyra” (Portuqaliya) – “Larn” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyənin “Trabzonspor” klubu 3-cü mərhələdə Norveç “Molde”sini mübarizədən kənarlaşdırsa, pley-offda İtaliyanın “Roma” komandasına rəqib olacaq.

Konfrans Liqası, pley-off mərhələsi

Çempionlar Yolu

Mura (Sloveniya)/Jalgiris (Vilnüs, Litva) cütünün məğlubu – Priştina (Kosovo)/Bodo Qlimt (Norveç)
Omoniya (Kipr)/Flora (Estoniya) cütünün məğlubu – Şemrok (İrlandiya)/Teuta (Albaniya) cütünün məğlubu
Neftçi/HİK (Finlandiya) cütünün məğlubu – Makkabi (Hayfa, İsrail)/HB Torşavn (Farer adaları) cütünün qalibi
Riqa (Latviya)/Hibernian (Malta) – Linkoln (Cəbəllütariq)/Slovan (Slovakiya)
Linfild (Şimali İrlandiya)/ Floa (Lüksemburq) – Kayrat (Qazaxıstan)/Alaşkert (Ermənistan) cütünün məğlubu

Əsas yol

AEL (Kipr)/Qarabağ – Breydablik (İslandiya)/Aberdin (Şotlandiya)
Uypeşt (Macarıstan)/Bazel (İsveçrə) – Çukariçki (Serbiya)/Hammarbü (İsveç)
TNS (Uels)/Viktoriya (Çexiya) – ÇSKA (Bolqarıstan)/Osiyek (Xorvatiya)
Pasuş de Ferreyra (Portuqaliya)/Larn (Şimali İrlandiya) – Tottenhem (İngiltərə)
Renn (Fransa) – Rusenborq (Norveç)/Domjale (Sloveniya)
Laçi (Albaniya)/Anderlext (Belçika) – Vitess (Niderland)/Dandalk (İrlandiya)
Voyvodina (Serbiya)/LASK (Avstriya) – Qalatasaray (Türkiyə)/ Sent-Conston (Şotlandiya)
Kolos (Ukrayna)/ Şaxtyor (Qazaxıstan) – Spartak (Slovakiya)/ Makkabi (Təl-Əviv, İsrail)
Bohemian (İrlandiya)/PAOK (Yunanıstan) – Hibernian (Şotlandiya)/Riyeka (Xorvatiya)
KuPS (Finlandiya)/Astana (Qazaxıstan) – Yunion (Almaniya)
Lütsern (İsveçrə)/Feyenoord (Niderland) – Elfsborq (İsveç)/Velej (Bosniya və Herseqovina)
Rakuv (Polşa)/Rubin (Rusiya) – RFŞ(Latviya)/Gent (Belçika)
Dinamo (Batumi, Gürcüstan)/Sivasspor (Türkiyə) – Lokomotiv (Bolqarıstan)/Kopenhagen (Danimarka)
Şlensk (Polşa)/ Hapoel (Beer-Şava) – Rapid (Avstriya)/Anortosis (Kipr) cütünün məğlubu
Trabzonspor (Türkiyə)/ Molde (Norveç) – Roma (İtaliya)
Santa Klara (Portuqaliya)/Olimpiya (Sloveniya) – Soçi (Rusiya)/Partizan (Serbiya)
Yablonets (Çexiya)/Seltik (Şotlandiya) cütünün məğlubu – Tobol (Qazaxıstan)/Jilina (Slovakiya)