
Bəhreyn – Azərbaycan: Hakimlər bilindi
Bu gün keçiriləcək Bəhreyn – Azərbaycan oyununun hakimləri məlum olub.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Omandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Əhməd Əl-Kafa olacaq. Ona Əbu Bəkr Əl-Omari və Rəşid Əl-Qayti kömək edəcək. Dördüncü hakim funksiyasını isə bəhreynli İssa Abdulla yerinə yetirəcək.
Bu gün keçiriləcək Bəhreyn – Azərbaycan oyunu saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin