“Roma” “Milan”ı məğlub yola saldı, “Napoli” xal itirdi

İtaliya A Seriyasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Verona” və “Sassuolo” komandaları üz-üzə gəlib. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.

Lider “Yuventus” bu turda səfərdə “Leççe” ilə qarşılaşıb. Turin təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” isə “Parma”nı sınağa çəkib. Milan təmsilçisi də turu xal itkisi ilə başa vurub.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. SPAL – “Napoli” və “Torino” – “Kalyari” matçlarında qalib müəyyənləşməyib.

“Bolonya” “Sampdoriya”nı, “Atalanta” isə “Udineze”ni məğlub yola salıb. “Fiorentina” evdə “Latsio”ya uduzub.

Turun mərkəzi oyunu paytaxt Romada keçirilib. Şəhərin eyni adlı komandası doğma azarkeşləri önündə “Milan”ı qəbul edib. Üç qolun qeydə alındığı matç “canavarlar”ın qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 9-cu tur

25 oktyabr

Verona – Sassuolo 0:1
Qol
: Dyuriçiç, 50.

26 oktyabr

Leççe – Yuventus 1:1
Qol
: Mankosu, 56-pen – Dibala, 50-pen.

İnter – Parma 2:2
Qol
: Kandreva, 23. Lukaku, 51 – Karamo, 26. Jervinyo, 30.

Breşiya – Cenoa 3:1
Qol
: Aqudelo, 66. Kouame, 75. Pandev, 79 – Tonali, 34.

27 oktyabr

Bolonya – Sampdoriya 2:1
Qol
: Palasio, 48. Bani, 78 – Qabbyadini, 64.

Atalanta – Udineze 7:1
Qol
: İliçiç, 21; 43. Muriel, 35; 48; 75-pen. Paşaliç, 52. Traore, 83 – Okaka, 12.

SPAL – Napoli 1:1
Qol
: Kurtiç, 16 – Milik, 9.

Torino – Kalyari 1:1
Qol
: Zaza, 69 – Nandez, 40.

Roma – Milan 2:1
Qol
: Dzeko, 38. Zaniolo, 59 – T.Hernandes, 55.

Fiorentina – Latsio 1:2
Qol
: Kyeza, 28 – Korrea, 22. İmmobile, 89.

Bombardir: Çiro İmmobile (Latsio) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button