“Yuventus” “İnter”i “taxt”dan saldı

İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. SPAL “Parma”nı, “Verona” isə “Sampdoriya”nı məğlub yola salıb. Cari mövsümə uğursuz start verən “Milan” isə “Cenoa”nın qonağı olub və əzmkar qələbəyə sevinib.

“Roma” bu turda “Kalyari”ni, “Napoli” isə “Torino”nu sınağa çəkib. Həm “Roma”, həm də “Napoli” turu xal itkisi ilə başa vurub.

7-ci turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider “İnter” doğma azarkeşləri qarşısında “Yuventus”u qəbul edib. Turin təmsilçisi səfərdə çətin qələbə qazanmaqla həm “İnter”ə ilk xal itkisini və məğlubiyyəti yaşadıb, həm də zirvəni ələ keçirib.

Qeyd: 7-ci turun “Breşiya” – “Sassuolo” matçı “Sassuolo”nun sahibi Corcio Skuintsinin vəfatı ilə əlaqədar təxirə salınıb.

İtaliya A Seriyası, 7-ci tur

5 oktyabr

SPAL – Parma 1:0
Qol
: Petanya, 31.

Verona – Sampdoriya 2:0
Qol
: Kumbulla, 9. Murru, 81-öz qapısına.

Cenoa – Milan 1:2
Qol
: Şöne, 41 – T.Hernandes, 52. Kessye, 57.

6 oktyabr

Fiorentina – Udineze 1:0
Qol
: Milenkoviç, 72.

Roma – Kalyari 1:1
Qol
: Çeppitelli, 31-öz qapısına – J.Pedro, 26-pen

Atalanta – Leççe 3:1
Qol
: Sapata, 35. A.Qomes, 40. Qosens, 56 – Lusioni, 86.

Bolonya – Latsio 2:2
Qol
: Kreyçi, 21. Palasio, 31 – İmmobile, 23; 39.

Torino – Napoli 0:0

İnter – Yuventus 1:2
Qol
: Martines, 18-pen – Dibala, 4. İquayn, 80.

Bombardir: Çiro İmmobile (Latsio) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button