“Yuventus”la “İnter” səfərdə, “Milan” evdə xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında “Sassuolo” doğma meydanda “Udineze” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

“Kalyari” doğma meydanda “Sampdoriya”nı iki cavabsız qolla üstələyib. Səfərdə “Benevento” ilə qarşılaşan “Spetsiya” darmadağına sevinib. “Parma” – “Fiorentina” matçında isə qapılara qol vurulmayıb.

Sonuncu oyun günündə altı qarşılaşma baş tutub. Lider “Milan” bu turda “Verona”nı qəbul edib və xal itkisiylə üzləşib.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Son illərin dəyişməz çempionu “Yuventus” burda “Latsio”nun qonağı olub. “Atalanta” isə doğma meydanda “İnter”lə üz-üzə gəlub. Bu oyunlarda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Torino” – “Krotone” matçında da qalib müəyyənləşməyib.

“Napoli” “Bolonya” səfərindən minimal hesabla qalib qayıdıbsa, “Roma” “Cenoa” ilə görüşdə inamlı qələbəyə sevinib.

İtaliya A Seriyası, 7-ci tur

6 noyabr

Sassuolo – Udineze 0:0

7 noyabr

Kalyari – Sampdoriya 2:0
Qol
: J.Pedro, 48-pen. Nandes, 69.

Benevento – Spetsiya 0:3
Qol
: Pobeqa, 29. Nzola, 65; 70.

Parma – Fiorentina 0:0

8 noyabr

Latsio – Yuventus 1:1
Qol
: Kaysedo, 90+5 – Ronaldo, 15.

Atalanta – İnter 1:1
Qol
: Mirançuk, 79 – L.Martines, 58.

Cenoa – Roma 1:3
Qol
: Pyatsa, 50 – Mxitaryan, 45+2; 66; 85.

Torino – Krotone 0:0

Bolonya – Napoli 0:1
Qol
: Osimhen, 23.

Milan – Verona 2:2
Qol
: Maqnani, 27-öz qapısına. Kalabria, 90 – Barak, 6. Kalabria, 19-öz qapısına.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button