“Napoli”dən asan, “Roma”dan çətin qələbə
İtaliya A Seriyasında 4-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun açılış oyununda “Kalyari” ilə “Cenoa” üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər.
Şənbə günü daha üç görüş baş tutub. “Udineze” evdə “Breşiya”ya məğlub olub. Son çempion “Yuventus” “Verona” ilə ev oyunundan çətin qələbəylə ayrılıb. Milan derbisində isə “İnter” şəhərin eyniadlı təmsilçisi üzərində inamlı qələbəyə sevinib.
Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Sassuolo” evdə SPAL-a, “Sampdoriya” “Torino”ya, “Latsio” “Parma”ya qalib gəlib. “Atalanta” – “Fiorentina” matçında qalib müəyyənləşməyib. Səfərdə “Bolonya” ilə qarşılaşan “Roma” çətin qələbəyə sevinib. “Leççe”nin qonağı olan “Napoli” isə darmadağınla qalib gəlib.
İtaliya A Seriyası, 4-cü tur
20 sentyabr
Kalyari – Cenoa 3:1
Qol: Simeone, 46. Sapata, 84-öz qapısına. J.Pedro, 87 – Kouame, 83.
21 sentyabr
Udineze – Breşiya 0:1
Qol: Romulo, 57.
Yuventus – Verona 2:1
Qol: Remzi, 31. Ronaldo, 49-pen – Veloso, 21.
Milan – İnter 0:2
Qol: Brozoviç, 49. Lukaku, 78.
22 sentyabr
Sassuolo – SPAL 3:0
Qol: Kaputo, 26; 45+2. Dunkan, 47.
Bolonya – Roma 1:2
Qol: Sansone, 54-pen – Kolarov, 49. Dzeko, 90+4.
Leççe – Napoli 1:4
Qol: Mankosu, 61 – Lyorente, 28; 82. İnsinye, 4—pen. Ruis, 52.
Sampdoriya – Torino 1:0
Qol: Qabbyadini, 56.
Atalanta – Fiorentina 2:2
Qol: İliçiç, 84. Kastanye, 90+5 – Palomino, 24-öz qapısına. Riberi, 66.
Latsio – Parma 2:0
Qol: İmmobile, 8. Marusiç, 67.
Bombardir: Dominiko Berrardi (Sassuolo) – 5 qol.
Bizi Facebook-da izləyin