Son oyunda heç-heçə
Futbol üzrə İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, turun açılış matçında “Atalanta” “Napoli” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağına seviniblər. “Sampdoriya” da “Latsio”nu darmadağınla yola salıb.
“Yuventus” bu turda “Krotone” səfərinə yollanıb. Turinlilər bu görüşdə xal itkisi ilə üzləşiblər. Turun mərkəzi görüşündə “İnter”lə “Milan” münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matçda sevinən tərəf “Milan” olub.
Bazar günü beş oyun baş tutub. Qarşılaşmalar kifayət qədər məhsuldar keçib və bütövlükdə qapılara 28 qol vurulub. “Bolonya” evdə “Sassuolo”ya, “Torino” isə “Kalyari”yə uduzub. “Spetsiya” – “Fiorentina” matçında qalib müəyyənləşməyib. “Udineze” “Parma”nı məğlub yola salıbsa, “Roma” da “Benevento”nu darmadağın edib.
Sonuncu oyun günündə “Verona” ilə “Cenoa” üz-üzə gəlib və heç-heçəyə razılaşııb.
İtaliya A Seriyası, 4-cü tur
17 oktyabr
Napoli – Atalanta 4:1
Qol: Lozano, 23; 27. Politano, 30. Osimhen, 43 – Lammers, 69.
İnter – Milan 1:2
Qol: Lukaku, 28 – İbrahimoviç, 12; 16.
Sampdoriya – Latsio 3:0
Qol: Kvalyarella, 32. Augello, 41. Damsqard, 74.
Krotone – Yuventus 1:1
Qol: Simi, 12-pen – Morata, 21.
18 oktyabr
Bolonya – Sassuolo 3:4
Qol: Soriano, 9. Svanberq, 39. Orsolini, 60 – Berardi, 18. Dyuriçiç, 64. Kaputo, 70. Tomiyasu, 77-öz qapısına.
Torino – Kalyari 2:3
Qol: Belotti, 4; 49 – J.Pedro, 12. Simeone, 19; 73.
Spetsiya – Fiorentina 2:2
Qol: Verde, 39. Farias, 75 – Petsella, 2. Biraqi, 4.
Udineze – Parma 3:2
Qol: Samir, 28. Yakopini, 52-öz qapısına. Pussetto, 88 – Hernani, 26. Karamo, 70.
Roma – Benevento 5:2
Qol: Pedro, 31. Dzeko, 35; 78. Veretu, 67-pen. B.Peres, 89 – Kaprari, 5. Lapadula, 55.
19 oktyabr
Verona – Cenoa 0:0
Bombardir: Aleksandro Qomes (Atalanta) – 4 qol.
Bizi Facebook-da izləyin