A Seriyasının autsayderindən çətin qələbə

Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Napoli” doğma meydanda “Udineze” ilə qarşılaşıb. Neapol təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib.

Turun əksər qarşılaşmaları ikinci oyun gününə təsadüf edib. “Kalyari” – “Fiorentina” və “Sampdoriya” – “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Cenoa”ya uduzubsa, “Atalanta” “Benevento”nu məğlub yola salıb. “Latsio” da “Parma” ilə oyunda son dəqiqə qolu ilə qalib gəlib.

Çempionluğunu rəsmiləşdirən “İnter”in bu turdakı rəqibi “Roma” olub. Dörd qolun qeydə alındığı qarşılaşmada milanlılar inamlı qələbəyə seviniblər. Ötən tur səfərdə “Yuventus”u məğlubiyyətə uğradan “Milan” yenə Turin səfərinə yollanıb. “Qırmızı-qaralar”ın budəfəki rəqibi “Torino” olub. Qonaqlar bu dəfə də darmadağınla qalib gəliblər. “Yuventus” isə “Sassuolo”nun qonağı olub. Turin təmsilçisi səfərdən 3 xalla dönməyi bacarıb.

Sonuncu oyun günündə çempionatın aşkar autsayderlərindən olan “Krotone” “Verona”nı məğlub yola salıb.

İtaliya A Seriyası, 36-cı tur

11 may

Napoli – Udineze 5:1
Qol
: Zelinski, 28. F.Ruis, 31. Lozano, 56. Di Lorenso, 66. İnsinye, 90+1 – Okaka, 41.

12 may

Kalyari – Fiorentina 0:0

Sampdoriya – Spetsiya 2:2
Qol
: Verre, 32. B.Keyta, 80 – Pobeqa, 15; 73.

İnter – Roma 3:1
Qol
: Brozoviç, 11. Vesino, 20. Lukaku, 90 – Mxitaryan, 31.

Latsio – Parma 1:0
Qol: İmmobile, 90+5.

Torino – Milan 0:7
Qol
: T.Hernandes, 19; 62. Kessye, 26-pen. B.Dias, 50. Rebiç, 67; 72; 79.

Sassuolo – Yuventus 1:3
Qol
: Raspadori, 59 – Rabyo, 28. Ronaldo, 45. Dibala, 66.

Bolonya – Cenoa 0:2
Qol
: Zappakosta, 13. Skamakka, 61-pen.

Atalanta – Benevento 2:0
Qol
: Muriel, 22. Paşaliç, 67.

13 may

Krotone – Verona 2:1
Qol
: Ounas, 2. Simi, 75 – Molina, 87-öz qapısına.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button