“Yuventus”dan ardıcıl 9-cu çempionluq!

Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçı Milanda keçirilib. Son turlarda inamlı çıxış edən “Milan” bu dəfə “Atalanta”nın müqavimətini qırmağa çalışsa da, bu görüşdə 1 xalla kifayətlənib.

Şənbə günü üç qarşılaşma baş tutub. “Breşiya” evdə “Parma”ya uduzub. “Napoli” “Sassuolo” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “İnter” isə səfərdə “Cenoa”nın qonağı olub. Milan təmsilçisi bu oyunda darmadağına sevinib.

Son turda “Udineze”yə məğlub olan “Yuventus”, bu dəfə “Sampdoriya”nı qəbul edib. İnamlı qələbə qazanan Turin təmsilçisi sona iki tur qalmış çempionluğu təmin edib. “Qoca sinyora” ardıcıl 9-cu, bütövlükdə isə 36-cı dəfə İtaliya çempionu olub.

İtaliya A Seriyası, 36-cı tur

24 iyul

Milan – Atalanta 1:1
Qol
: H.Çalhanoğlu, 14 – Sapata, 34.

25 iyul

Breşiya – Parma 1:2
Qol
: Dessena, 62 – Darmian, 59. Kuluşevski, 81.

Cenoa – İnter 0:3
Qol
: Lukaku, 34; 90+4. A.Sançes, 83.

Napoli – Sassuolo 2:0
Qol
: Husay, 8. Allan, 90+4.

26 iyul

Bolonya – Leççe 3:2
Qol
: Palasio, 2. Soriano, 5. Barrov, 90+3 – Mankosu, 45+2. Falko, 66.

Roma – Fiorentina 2:1
Qol
: Veretu, 45-pen; 87-pen – Milenkoviç, 54.

Kalyari – Udineze 0:1
Qol
: Okaka, 3.

SPAL – Torino 1:1
Qol
: D’Alessandro, 80 – Verdi, 57.

Verona – Latsio 1:5
Qol
: Amrabat, 38 – İmmobile, 45+6-pen; 84; 90+4-pen. Milinkoviç-Saviç, 56. Korrea, 63.

Yuventus – Sampdoriya 2:0
Qol
: Ronaldo, 45+7. Bernardeski, 67.

Bombardir: Çiro İmmobile (Latsio) – 34 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button